📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Priqojin ya ölüb, ya da həbsdədir”

2023-07-14 10:44:00

“Priqojin ya ölüb, ya da həbsdədir”

Hurriyyet.az xəbər verir ki, ABŞ generalı Robert Abrams “ABC News” kanalına müsahibəsində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin qiyamdan sonra ya öldürüldüyünü, ya da həbs edildiyini söyləyib.

General deyib: “Onun hələ sağ olduğunu düşünmürəm. O, hələ sağ olsa belə, hansısa həbsxanada oturub”.

Abrams Kremlin mətbuat katibi Dmitri Peskovun Prezident Putin ilə Priqojin arasında iyunun 29-da Kremldə görüş keçirildiyi açıqlamasını uydurma və təbliğat manevri hesab elədiyini söyləyib. Onun sözlərinə görə, rusiyalıları inandırmaq istəyirlər ki, qiyam uğursuzuqla nəticələndikdən sonra vaznerçilər RF prezidentinə qarşı loyallıq nümayiş etdiriblər və o, vəziyyəti nəzarət altında saxlayır.

Hürr Tərcüman