Priqojinin varisi kim olacaq? Afrikada Liviyaya qədər uzanan imperiya
Onun ölümündən bir gün əvvəl RF Müdafiə nazirinin müavini Liviyadakı muzdlularının rəhbərinin dəyişəcəyini xəbər veribmiş
Hurriyyet.az xəbər verir ki, “Blumberq” nəşri Kremlə yaxın olan mənbələrə istinadla “Vaqner” özəl hərbi şirkətinin Afrikada və Yaxın Şərqdəki şəbəkəsinin tamamlə RF Müdafiə Nazirliyinin nəzarətinə keçəcəyini yazıb.
Agentliyin yazdığına görə, Rusiyanın xüsusilə də Liviyadakı nüfuzunun artacağı gözlənilir. “Vaqner”in keçmiş başçısı Yevgeni Priqojinin ölümündən bir gün əvvvəl Rusiyanın Müdafiə nazirinin müavini Yunusbek Yevkurov məhz bu ölkəyə səfər etmiş, Liviya liderlərinə indən belə “Vaqner” döyüşçülərinin yeni komandirə tabe olacaqları barəsində xəbərdarlıq etmişdi. Agentliyin yazdığına görə, hazırda Liviyada 2 min nəfərə qədər “Vaqner” muzdlusu var və onlar iki enerji obyektlərini mühafizə edirlər. Mənbənin “Blumberq” müxbirinə dediyinə görə, Yaxın Şərqdə və Afrikadakı əməliyyatlar Kremlə Qərbə, xüsusən də ABŞ ilə Fransaya qarşı durmaq, bununla da Sover İttifaqı dövründəki nüfuzu qismən bərpa eləmək imkanı verəcək.
Nəşr yazır: “Priqojin beş il ərzində Afrikada Mərkəzi Afrika Respublikasından tutmuş Sudana və Maliyə qədər uzanan imperiya qurub”.
Mərkəzi Afrika Respublikasında da iki min nəfərə qədər “Vaqner” muzdlusunun olduğu bildirilir – onlar 2018-ci ildən bəri Prezident Fosten Arkanc Tuaderin rejimini dəstəkləyirlər və böyük qızıl mədəninə nəzarət edirlər. Lakin Tauderanın baş müşaviri Fidel Quançik “Blumberq” agentliyinə bildirib ki, indən belə Kremlin təyin edəcəyi adamla əməkdaşlıq edəcəklər, “Vaqner” idarəçiliyi isə Rusiyanın Müdafiə Nazirliyi strukturlarına təhvil veriləcək.
Mənbələrin verdiyi məlumat doğrudursa, beləliklə, Yevgeni Priqojinin irsi daim fəaliyyətindən narazı qalıb tənqid elədiyi Müdafiə naziri Sergey Şoyqunun ixtiyarına keçəcəkdir.
Hürr Tərcüman