📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Priqojinin “varisi” yoxa çıxıb - “Lotos”-un harada olduğu bilinmir

2024-02-03 16:00:39

Priqojinin “varisi” yoxa çıxıb - “Lotos”-un harada olduğu bilinmir

“Vaqner” başçıları Yevgeni Priqojin və Dmitri Utkinin məhv edilməsindən sonra muzdlulara komandanlıq edən “Vaqner” özəl hərbi şirkətinin komandiri Anton Elizarov ( “Lotos” ləqəbli) yoxa çıxıb.

Hurriyyet.az xəbər verir ki, bu məlumatı ən tanınmış Rusiya Telegram kanalları paylaşıb.

Xəbərdə deyilir ki, son günlər “Lotos” heç kimlə əlaqəyə çıxmır. Bəzi məlumatlara görə, Elizarov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Lakin hələlik bununla bağlı hər hansı rəsmi açqılama yoxdur.

Ümumiyyətlə, Priqojinin və onun ən yaxın adamlarının qətlindən sonra “Vaqner”-ə bu şirkətin tanınan komandirlərindən olan Andrey Troşevin rəhbərlik edəcəyi gözlənilirdi. Lakin Troşev “Vaqner”-dənsə, Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərməyə üstünlük verib. Ona görə də zaman keçdikcə, Yelizarov önə çıxıb. Lakin onun da “Vaqner” “ideyalarına” sadiq omadığı və “Rosqvardiya” ilə yaxınlaşdığına dair məlumatlar var.

AzPolitika.info