📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Priqojinlə Şoyqu arasında "varlıq müharibəsi" - Putin kimə stavka edəcək?

2023-05-18 14:44:00

Priqojinlə Şoyqu arasında

"Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin ümid edir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunu “Baxmutda həlledici qələbədən” sonra istefaya göndərəcək və onun yerinə Mixail Mizintsevin təyin edilməsinə nail olacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatı İnstitutunun (ISW) hesabatında deyilir.

Priqojin, Şoyqunun Baxmutdakı cəbhə xəttinə gəlib-gəlmədiyi barədə suala cavab verərəkən deyib ki, Rusiyanın gələcək müdafiə naziri bir həftədən çoxdur Baxmutdadır. o, bu sözləri deyərkən Mixail Mizintsevi nəzərdə tutub.

Analitiklər xatırlayırlar ki, Priqojin bu yaxınlarda Rusiya müdafiə nazirinin maddi-texniki təchizat üzrə keçmiş müavini, indi isə "Vaqner PMC" komandirinin müavini, general-polkovnik Mixail Mizintsevlə əməkdaşlığını açıqlayıb.

"Priqojin, yəqin bilir ki, Putin Şoyqunun müharibədə qalib gəlmək qabiliyyətinə tam əmin deyil. Ola bilər ki, Baxmutdakı həlledici qələbə ona, Şoyqunu “Vaqner”ə bağlı şəxslə əvəzləmək üçün rıçaq verəcək. Priqojin də, Şoyqu da bunu dərk edirlər. Ona görə də, onların arasında “varlıq müharibəsi” gedir” - ISW hesabatında bildirir.

Publika.az