📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən öldü

2026-03-21 21:14:01

“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən öldü

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Məhəmməd Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmyerlisi, piyada 49 yaşlı Ceyhun Rzayevi vurub.

C. Rzayevin xəsarəti ağır olduğundan xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.