📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prokuror 12 il həbs tələb eləmişdi. Eks-prezident azadlığa çıxdı

2022-06-28 19:16:00

Prokuror 12 il həbs tələb eləmişdi. Eks-prezident azadlığa çıxdı

Onun müqəssir olmadığı bəyan edildi

Hurriyyet.az xəbər verir ki, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin kütləvi iğtişaşların törədilməsində müqəssir olmadığı bildirilir.

TASS informasiya agentliyinin verdiyi xəbərə görə, Bişkekin Pervomayski Rayon Məhkəməsi keçmiş dövlət başçısının 2020-ci ilin payızında Bişkekdə baş verən kütləvi iğtişaşların törədilməsində günahkar olmadığını bəyan edib.

Qeyd edək ki, məhkəmə işinin gedişatında prokuror Atambayevin 12 il azadlıqdan məhrum edilməsini tələb eləmişdi.

Hürr Tərcüman