📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prokuror Namizəd Səfərova 8 il il istədi - MƏHKƏMƏ

2026-11-19 14:23:50

Prokuror Namizəd Səfərova 8 il il istədi - MƏHKƏMƏ

Dələduzluqda ittiham olunan hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hurriyyet.net xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən bugünkü iclasda dövlət ittihamçısı yekun çıxış edib.

Prokuror Valeh Ələkbərov bəyan edib ki, təqsirləndirilən hüquqşünasa verilmiş ittihamlar məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla N.Səfərov külli miqdarda dələduzluqda təqsirli bilinməli və 8 il azadlıqdan məhrum edilməlidir.

Hakim Mahirə Kərimova müdafiə çıxışına hazırlanması üçün vəkilə, son sözə hazırlanması üçün müttəhimə vaxt verib.

Qeyd edək ki, N.Səfərov ötən ilin sonunda polis tərəfindən tutulub. O, bir nəfəri vəzifəyə təyin edilməsinə kömək edəcəyi adı ilə 53 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.