📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir

2026-01-28 14:23:45

Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir

Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurumların siyahısına prokuror da əlavə edilir.

Bununla da prokurorlar sözügedən sahədə nəzarət səlahiyyəti əldə edirlər.