Prokurorluqda müşavirə: 24 qəsdin üstü açılıb
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirədə bildirilib.
Özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalıb, iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında isə artım müşahidə olunub.
yenisabah.az