Psixiatriya xəstəxanasında müalicə alan pasiyent ölüb
2026-01-05 12:47:58
Hurriyyet.az Oxu.Az-a isnitadən bildirir ki, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan pasiyent ölüb. Hadisə yanvar ayının 4-də qeydə alınıb.
Xəstəxanada müalicə olunan 1983-cü il təvəllüdlü Yusif Nəsibov dünyasını dəyişib. Məlumata görə, Y.Nəsibov vərəm xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli