Psixoloji problemləri olan kişinin meyiti su kanalında tapıldı
2025-04-12 10:47:41
İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.
Hurriyyet.az xəbər verir ki, meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Misirxan Nəsirova aid olduğu bildirilib.
Meyit kəndin su keçidində aşkarlanıb.
Qeyd edək ki, meyiti tapılan şəxsin psixoloji problemləri olduğu vurğulanır.
Axar.az