📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Psixoloqa etiraz edən Xoşqədəm: "Oğullarımdan birinin yanında qalmağa məcburam" - VİDEO

2023-12-01 13:36:35

Psixoloqa etiraz edən Xoşqədəm:

"Qayınanalı-qayınatalı evə gəlin getməməlidir".

Bu sözləri "Səni axtarıram" verilişində iştirak edən ekspert qismində iştirak edən psixoterapevt Əli Nağıyev səsləndirib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə ona kəskin olaraq etiraz edib.

O üç oğlu olduğunu və yaşlanana zaman onlardan birinin yanında qalmalı olduöğunu bildirib.

O, psixoterapevtə "gəlin qayınanalı-qayınatalı evə niyə gəlin getməməlidir" deyə sual verib:

"Mənim qızım yoxdur. 3 oğlum var. Qocalanda bu oğullarımdan birinin yanında qalmağa məcburam. Siz indi deyirsiniz ki, mənim kimi analar tənha yaşasın. Qocalığını tək-tənnha keçirsin ki, hansısa gəlin gəlib qayınananda səhv tutacaq, evli ola-ola onunla-bununla yazışacaq?".

Ətraflı videoda:

musavat.com