📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“PSJ” Messiyə əvəzləyici tapdı

2023-06-15 21:25:00

“PSJ” Messiyə əvəzləyici tapdı

Fransanın “Paris Sen-Jermen” klubu yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün variantlar axtarır.

Bu barədə “Sports Zone” məlumat yayıb.

Belə ki, Paris klubu Messinin yerinə “Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.

“PSJ”nin prezidenti Nasser Əl-Xelaifi artıq ingilis hücumçu ilə danışıb və ona transfer etmək istədiyini bildirib.

Salah ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. \\Redaktor