📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PUA hücumları Kazanın üç rayonunda yanğınlara səbəb olub

2024-12-21 13:26:09

PUA hücumları Kazanın üç rayonunda yanğınlara səbəb olub

Bu gün səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Hurriyyet.az xəbər verir ki, “Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə yerlərində operativ xidmətlər işləyir. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb./Tribunainfo.az/