📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PUA hücumu nəticəsində Azovdakı neft çənləri yanıb - VİDEO

2024-06-18 13:05:39

PUA hücumu nəticəsində Azovdakı neft çənləri yanıb - VİDEO

Rusiyanın Rostov vilayətinin Azov şəhərindəki metanol istehsalı zavoduna pilotsuz təyyarələr tərəfindən hücum olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə qubernator Vasili Qolubev məlumat verib.

Məlumata görə PUA hücumu nəticəsində zavoddakı neft məhsulları olan çənlərdə yanğın baş verib. Vasili Qolubev itkilərin olmadığını bildirib. Qubernatorun sözlərinə görə, yanğının söndürülmsəi üçün əraziyə 200-dən çox yanğınsöndürən və 39 texnika cəlb olunub.

Rusiya Müdafiə Nazirliyiisə Rostov vilayətində dron hücumu barədə məlumat verməyib.

Azpolitika.info