"Pul olmasa, döyüşməyəcəyik" - Rusiyada çağırışçılar üsyan etdi
2022-11-02 17:47:00
Rusiyanın Ulyanovsk şəhərində səfərbər olunan çağırışçıların dünəndən başlayan iğtişaşları gecə də davam edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları bildirib.
Qeyd olunur ki, Çuvaşiyada səfərbər olunanlaravəd olunan ödənişlər verilməyib. Bu səbədən yüzə yaxını döyüşçü döyüşməkdən imtina edib. “Qəzəbli Çuvaşiya” Teleqram kanalında nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verən iğtişaş barədə məlumat yayılıb.
Rusiya qvardiyası və polis əməkdaşları əsgərləri sakitləşdirmək üçün dərhal hadisə yerinə cəlb olunub. Çağırışçılara onlara vəd olunan məbləğin ödəniləcəyi bildirilib.
bakupost.az