Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - VİDEO
2026-10-02 17:09:15
Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib.
Toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər.
Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkəninə dəyəri yüksək olan qızıl saat bağışlayıb. Bundan əlavə sənətçiyə 1 kq yarım qızıl hədiyyə edildiyi bildirilib.
Hədiyyənin təqdim edildiyi anlar lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntülər istifadəçilərin marağına səbəb olub və müzakirələrə yol açıb./milli.az/