Putin: “90-cı illərdə MKİ agentləri Rusiya hökumətində işləyir, özəlləşdirmədə iştirak edirdilər”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı Şurasının iclasındakı çıxışı zamanı 1990-cı illərində Rusiya hökumətində MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi – Central Intelligence Agency, CIA) əməkdaşlarının işlədiyini söyləyib. Onun sözlərinə görə, həmin kadrlar özəlləşdirmə prosesində iştirak elədiklərinə görə, sonradan Birləşmiş Ştatlarda cinayət məsuliyyətinə cəlb olunublar.
Putin deyib: “2000-ci illərin əvvəllərində mən artıq onların hamısını təmizləmişdim. Lakin 1990-ların ortalarında RF hökumətinin müşavirləri, rəsmi əməkdaşları qismində bizdə artıq sonradan aşkar edildiyi kimi, ABŞ MKİ-nin kadrları oturmuşdular. Onlar MKİ əməkdaşları olduqları halda, özəlləşdirməkdə iştirak edərək Amerika qanunvericiliyini pozduqları üçün sonradan ABŞ-da cinayət məsuliyyətinə cəlb olundular”.
Hürr Tərcüman