📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin ABŞ-dan "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb

2026-01-19 13:47:21

Putin ABŞ-dan

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qəzza Zolağında beynəlxalq "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb. “TASS”-ın məlumatına görə, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Həqiqətən də, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu "Sülh Şurasına" qoşulmaq üçün dəvət alıb. Hazırda bu təklifin bütün detallarını öyrənirik", - deyə Kremlin sözçüsü bildirib.

Peskov əlavə edib ki, Moskva təklifin bütün nüanslarını aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqə saxlamağa ümid edir.

Bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza üzrə "Sülh Şurası"na qoşulub. Siyasətçi Amerika liderinə cavab məktubu göndərərək dəvətə görə minnətdarlığını bildirib və diplomatik təşəbbüsdə iştirak etməyə razı olduğunu təsdiqləyib.

Şuraya həmçinin ABŞ Dövlət Katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer və Dünya Bankının prezidenti Ajay Banqa daxil olub.

Hurriyyet.az