Putin “Akkuyu”nun açılışına gedəcəkmi?
2023-04-19 08:50:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin “Akkuyu” Atom Elektrik Stansiyasının aprelin 27-də keçiriləcək açılış mərasimində videokörpü vasitəsi ilə iştirak edəcəyini bildirib.
Ərdoğan deyib: “Aprelin 27-də “Akkuyu” AES-ə nüvə yanacağının tədarükü mərasimi keçiriləcək. Bundan sonra həmin obyekt atom stansiyası statusunu alacaq. Rusiya Prezidenti Vladimir Putin də mərasimdə videokörpü vasitəsi ilə iştirak edəcək”.
Hürr Tərcüman