📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin Ankaraya "yox" deməmək üçün Lavrovu Antalyaya göndərdi" - ELXAN ŞAHİNOĞLU

2022-03-10 15:07:00

"Bütün səlahiyyət Kreml sahibindədir, o isə hələ ki, geri çəkilmək istəmir"

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalyada hər hansı razılaşma əldə etməyə gəlməmişdi. Onun buna səlahiyyəti yoxdur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, sadəcə, Putin Ankaraya “yox” deməmək üçün nazirini Antalyaya göndərdi: "Bütün səlahiyyət Kreml sahibindədir, o isə hələ ki, geri çəkilmək istəmir. Türkiyə üzərinə düşəni - yorulmadan vasitəçilik təşəbbüslərini davam etdirir, atəşkəsə və sülhə çalışır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, ancaq əgər tərəflərdən birinin - Rusiyanın işğalı davam etdirməkdən geri çəkilmək niyyəti yoxdursa, bu müddətdə danışıqlar nəticə verməyəcək.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az