📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin atəşkəsə getsə, öldürüləcək!"- Ərəstun Orucludan sensasion proqnoz

2022-03-23 11:27:00

Hazırda ABŞ-da yaşayan tanınmış politoloq Ərəstun Oruclu TV Musavat-ın efirində Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı şərh verib.

Hurriyyet.az xəbər verir ki, politoloq Putinin öldürülmə ehtimalının yüksək olduğunu qeyd edib. O bildirib ki, Putini yalnız öz komandası aradan götürə bilər. Səbəb isə onun Rusiyanı böyük problemlərin girdabına çəkməsidir ki, bundan da  politoloqun sözlərinə görə, adıçəkilən dövlət uzun müddət canını qurtara bilməyəcək.

Ərəstun Oruclunun açıqlamasının tam versiyasını aşağıdakı videodan izləyə bilərsiniz: