Putin Azərbaycan-Rusiya-İran formatından danışıb
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə birlikdə bu gün videokörpü vasitəsi ilə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişin imzalanması mərasimində iştirak edib.
Putin Rusiya-İran-Azərbaycan dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutunda əməkdaşlığa dair tez bir zamanda 3 ölkə arasında saziş imzalanacağına ümidvar olduğunu bildirib.
Putin deyib: “Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Və biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. Bununla da üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza formalaşacaq”.
Hürr Tərcüman