📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli sammitə dəvət etdi

2022-10-24 23:13:00

Putin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli sammitə dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib.

Hurriyyet.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

Zaxarovanın sözlərinə görə, sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün sahələr üzrə müzakirəsi planlaşdırılır.