📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin Azərbaycanı KTMT-yə israrla "dəvət" edəcək" - NATİQ CƏFƏRLİ

2022-01-11 11:53:00

"Qazax xalqının başına gələnlər, qardaş xalqın faciəsi bir daha sübut etdi ki, KTMT kimi qurumlardan nə qədər aralı gəzsən, bir o qədər xeyir taparsan"

"Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclasına sədrlik edirdi, ABŞ-ın "Demokratiya Sammitinə" dəvət etdiyi Ermənistan, Qazaxstanda işğalçıların yerləşdirilməsinə formal da olsa, (KTMT-nin dönəm rəhbəri Ermənistandır) rəhbərlik edir. Azərbaycan-Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün qarşılıqlı tanınması baş verən kimi, Putin Azərbaycanı KTMT-yə israrla "dəvət" edəcək". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, hələlik hüquqi olaraq belə dəvətin Moskva tərəfindən səsləndirilməsi mümkün deyil: "Deyirəm, bəlkə sərhədlərin dəqiqləşdirilməsini, kommunikasiyaların açılmasını 2-3 il uzadaq, görək bu dünyanın axırı hara gedir?! Qazax xalqının başına gələnlər, qardaş xalqın faciəsi bir daha sübut etdi ki, KTMT kimi qurumlardan nə qədər aralı gəzsən, bir o qədər xeyir taparsan".

Politoloq onu da qeyd edib ki, artıq Putinin yeni "Jirinovskisi", Belarus prezidenti Lukaşenko da Moskvanın ağzı ilə Özbəkistanı təhdid edib.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az