📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Bakıda onunla görüşdən imtina edib

2024-08-20 16:54:21

Putin Bakıda onunla görüşdən imtina edib

Rusiya Prezidenti Vladimir Putin Teleqramın yaradıcısı Pavel Durovla Azərbaycanda görüşməkdən imtina edib.

Hurriyyet.az xəbər verir ki, məlumatı “Baza” Teleqram kanalı yayıb.

“Rusiya prezidenti və Teleqramın yaradıcısı eyni vaxtda Bakıda olublar. Səfərdən bir neçə gün əvvəl Rusiya Prezident Administrasiyasının rəsmiləri Putinə Durovla görüş təşkil etməyi təklif ediblər, lakin prezident bundan imtina edib”, - məlumatda qeyd olunub.

Kanal imtinanın səbəbi ilə bağlı məlumatın olmadığını qeyd edib.

axar.az