Putin Belarusdadır. Yalnız Paşinyan gəlməyəcək
2023-11-23 15:19:06
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskə səfər edib. Bəlli olduğu kimi, bu gün həmin şəhərdə KTMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Noyabrın 23-də keçiriləcək tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan istisna olmaqla, KTMT üzvü ölkələrin hamısının rəhbərlərinin iştirakı gözlənilir.
Hürr Tərcüman