📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

2022-08-26 21:53:00

Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.

Sərəncamda deyilir: “Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviç IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin". \\Report