📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin bir sutka ərzində iki ölkəyə səfər edəcək

2023-12-05 14:53:38

Putin bir sutka ərzində iki ölkəyə səfər edəcək

Hurriyyet.az xəbər verir ki, Kremldən verilən açıqlamada RF Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinə birgünlük səfərə gedəcəyi bildirilir.

Putin dekabrın 6-da “faktiki olaraq bir sutka ərzində” bu iki ölkəyə səfər edəcək. 2019-cu ildən bəri RF Prezidenti ilk dəfədir ki, həmin dövlətlərə səfərə çıxır.  Axırıncı dəfə 2019-cu ilin 14-15 oktyabr tarixlərində Putin Səudiyyə Krallığı ilə BƏƏ-yə səfər etmişdi.

RF Prezidntinin mətbuat katibi Dmitri Peskov xəbərlə bağlı açıqlamasında neft bazarında qarşılıqlı münasibətlərin müzakirəsinin hər zaman gündəlikdə olduğunu deyib.

Hürr Tərcüman