Putin Bişkeke gedir – MDB ölkələrində rus dili ilə bağlı müqavilə imzalanacaq
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin MDB-nin sammitində iştirak etmək üçün oktyabrın 13-də Bişkekdə olacaq. Sammitdə birliyin 2024-cü il planları müəyyənləşdiriləcək və bir sıra sənədlər imzalanacaq.
Sammitdə Putinlə yanaşı, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan tədbirdə iştirak etməyəcəyini bəyan edib.
Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tədbirdə rus dili üzrə beynəlxalq təşkilatın yaradılması barəsində müqavilə imzalanması, rus dilinin beynəlxalq ünsiyyət dili kimi dəstəkləməsi ilə bağlı bəyanatın qəbul edilməsi, həmçinin, Səmərqənd şəhərinin 2024-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi planlaşdırılır.
Hürr Tərcüman