📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin BMT-nin tədbirində iştirak etməyəcək

2022-08-08 22:13:00

Putin BMT-nin tədbirində iştirak etməyəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş Assambleyasının sentyabr ayında Nyu-York şəhərində keçiriləcək 77-ci sessiyasında iştirak eləməyi planlaşdırmır. Bu barədə məlumatı RF Prezidentinin mətbuat katibi Dmitri Peskov verib.

Peskov deyib: “Yox. Səfər və çıxış planlaşdırılmır”.

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi 20-26 sentyabr tarixlərində keçiriləcək. Rusiyanın nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrov başçılıq edəcək.

Hürr Tərcüman