Putin bu əraziyə “5 dəfə artıq” qüvvə yığır
2022-04-13 17:02:00
Rusiya Donbasa Ukrayna hərbçilərindən beş dəfə çox qüvvə toplamağa çalışır.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
“Rusiya Donbasda həlledici döyüş olacağına ümid etdiyi üçün regionun hər yerindən rus hərbçilərini buraya köçürür. Ancaq on minlərlə əsgərdən ibarət bu qüvvə belə Rusiyanın qələbəsi üçün kifayət etmir. Bəzi mənbələr hücumun həftənin sonuna qədər başlayacağını da gözləyir”, - məlumatda deyilir.