📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin BU ÖLKƏYƏ gedən kimi həbs olunacaq - ŞOK AÇIQLAMA

2023-05-23 21:09:00

Putin BU ÖLKƏYƏ gedən kimi həbs olunacaq - ŞOK AÇIQLAMA

Moldova Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl edəcək və Rusiya prezidenti Vladimir Putin ölkəyə gələcəyi təqdirdə onu həbs edəcək.

Bu barədə Moldova prezidenti Maya Sandu “Euronews Rumıniya” telekanalına müsahibəsində bildirib.

Sandu Putinin Moldovaya gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi tətbiq olunub-olunmayacağı sualına cavab verib:

"Bəli, Moldova Respublikası cinayət məhkəməsi ilə bağlı müqavilə imzalayıb və hökumət məhkəmənin qərarına hörmətlə yanaşacaq".

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı azyaşlı uşaqların qanunsuz deportasiyası ilə bağlı Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası qiyabi ittiham irəli sürərək, həmin orderə imza atan prokuroru və Beynəlxalq Cinayət Məhkəməsinin hakimini axtarışa verib.\\Musavat.com