Putin bu təklifimdən imtina etdi – Makron
2022-03-08 12:39:00
Tərəflər arasında danışıqların yaxın həftələrdə Ukraynada müharibəni dayandıracağına inanmıram.
Hurriyyet.az “Assoşeyted Press”ə istinadla xəbər verir ki, bu sözləri Fransa lideri Emmanuel Makron deyib.
O, Vladimir Putinə dialoqun atəşkəslə müşayiət olunması üçün təklif verdiyini, Rusiya liderinin isə bundan imtina etdiyini bildirib.
“Ona görə danışıqlar yolu ilə müharibənin yaxın günlər və həftələrdə dayanacağını düşünmürəm”, - Makron vurğulayıb.