Putin Çinin təklifini qəbul edib
2023-09-20 18:32:56
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədrinin səfər dəvətini qəbul edib. Səfərin dəqiq tarixi bir müddət sonra bəyan ediləcək. Putin bu xəbəri Çin XİN rəhbəri ilə görüşündə verib: “Əlbəttə ki, mən Çin Xalq Respublikasının sədri Si Cinpinin bu ilin oktyabr ayında keçiriləcək, artıq beynəlxaq brendə çevrilmiş “Bir qurşaq – bir yol” tədbirinə dəvətini məmnuniyyətlə qəbul etmişəm”.
O, Çinin bu layihəsinin Rusiyanın böyük Avrasiya məkanı yaratmaq istəyinə uyğun gəldiyini deyib.
Hürr Tərcüman