Putin COP-29 dövründə Bakıya gələcəkmi?
2024-10-29 11:27:09
Hurriyyet.az TASS infromasiya agentliyinə istinadla xəbər verir ki, Kremlin
mətbuat təmsilçisi Dmitri Peskov RF Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyini hələ bilmədiyini söyləyib. Peskov bununla bağlı sualın cavabında deyib: "Yox, hələ aydın deyil".
Bəlli olduğu kimi, 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək.
Hürr Tərcüman