📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin çox açıq və aqressiv oynayır" - MÜBARİZ GÖYÜŞLÜ

2022-01-12 13:55:00

"Türkiyə başda olmaqla, Türk Dövlətləri Təşkilatı bu hadisəyə seyrçi qalarlarsa çox pis nəticələr olacaq"

"Rusiya daha da aqressiv siyasət aparmaqdadır. Qazaxıstandan sonra növbəti hədəfin Özbəkistan olduğu ortaya qoyuldu. Putin öz nökəri Lukaşenko vasitəsilə mesajını çatdırdı: Özbəkistan KTMT-yə daxil olmalıdır. Hələlik rəsmi Daşkənd möhkəm dayanıb və KTMT-yə "yox" deyir. Lakin bu müqavimətin nə qədər çəkəcəyi bəlli deyil". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib.

Siyasi şərhçi hesab edir ki, dünyanın yenidən bölüşdürülməsi üstündə qlobal güc mərkəzləri tərəfindən həyata keçirilən prosesdə Rusiya geri qalmaq və itirmək istəmir: "Putin çox açıq və aqressiv oynayır. Türkiyə başda olmaqla, Türk Dövlətləri Təşkilatı bu hadisəyə seyrçi qalarlarsa çox pis nəticələr olacaq. Rusiya hər kəsi təkləyib işğal edəcək və öz imperiya ambisiyasını, iddialarını gerçəkləşdirəcək".

Mübariz Göyüşlünün sözlərinə görə, Türk dövlətləri üçün çox ciddi təhlükələr mövcuddur: "Bir-birimizin faciəsinə, işğalına seyrçi yanaşdıqca təklənib məhv ediləcəyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az