Putin Çubaysı vəzifəsindən azad etdi
2022-03-25 16:47:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysı RF Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edib.
Bəlli olduğu kimi, bir neçə gün əvvəl mətbuatda Çubaysın öz vəzifəsini və Rusiyanı tərk edərək Türkiyəyə köçdüyü xəbərləri yayılmışdı. Onun Rusiyanın Ukraynada hərbi müdaxiləsindən narazı olduğu bildirilirdi.
Hürr Tərcüman