📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putin dekabrda namizədliyini elan edəcək” – “Bu seçki Putin üçün çox vacibdir”

2023-11-24 12:33:25

“Putin dekabrda namizədliyini elan edəcək” – “Bu seçki Putin üçün çox vacibdir”

“2024-cü ilin martında Rusiyada prezident seçkiləri keçiriləcək. Putinin namizəd olacağına demək olar ki, heç bir şübhə yoxdur. Onun dekabrda prezidentliyə namizədliyini rəsmən elan edəcəyi gözlənilir. Bu seçkilər Putinin Ukraynada genişmiqyaslı işğalı və yeni səfərbərlik dalğası fonunda baş tutacaq”.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” nəşrində yayımlanan məqalədə bildirilir.

ABŞ nəşri qeyd edir ki, bu seçki Rusiya lideri Vladimir Putin üçün çox vacibdir.

“Rusiyada keçiriləcək prezident seçkiləri birbaşa Putinin 2024-cü il üzrə hərbi strategiyası ilə bağlıdır. Onun yeni səfərbərliklə bağlı əmr verib-verməyəcəyi maraqla gözlənilir. Putin 5-ci Kreml rəhbərliyini təmin etdikdən sonra səfərbərliyə başlaya bilər”,-deyə nəşr qeyd edir.

Jurnalist Andrey Pertsev hesab edir ki, müharibə Putinin prezidentlik kampaniyasına mənfi təsir göstərir.

“Kreml əhval-ruhiyyənin dəyişməsindən xəbərdardır. Rusiya lideri müharibəyə maraq göstərsə də, onun administrasiyası daha çox ölkənin infrastrukturunun inkişafı kimi gündəlik məsələlərə diqqət ayırır. Müharibə Putinin prezidentlik kampaniyasına mənfi təsir edir. Bu, insanlara üzləşdikləri çətinlikləri xatırladır”, - deyə Pertsev əlavə edib.

AzPolitika.info