📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

2026-03-27 16:21:59

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

Rusiya Prezidenti Vladimir Putin Dərbənd şəhərində əsaslı təmirdən sonra yenidən qurulan Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılış mərasimində iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

Onun sözlərinə görə, açılış mərasimi videobağlantı vasitəsilə baş tutacaq.

Qeyd edək ki, Dərbənddə fəaliyyət göstərəcək bu teatr regionda Azərbaycan mədəniyyətinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyacaq.