Putin Donbassda hərbi əməliyyata başladıqlarını elan elədi
2022-02-24 08:00:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində yerləşən Donbassda xüsusi hərbi əməliyyat keçirməyə başladıqlarını bəyan edib. Putin bu açıqlamanı bu gün səhər saatlarında rusiyalılara müraciətində verib. Putin ukraynalı hərbçiləri silahlarını yerə qoyub evlərinə qayıtmağa çağırıb.
Bu gün Donbass bölgəsinin Kramatorsk şəhərində 2 böyük partlayış səsi eşidilib.
Hürr Tərcüman