📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin “dost olmayan” ölkələrin vətəndaşlarına viza verilməsini çətinləşdirməyi qərara aldı

2022-04-04 16:34:00

Putin “dost olmayan” ölkələrin vətəndaşlarına viza verilməsini çətinləşdirməyi qərara aldı

Hurriyyet.az “Vastnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrin viza verilməsinin sadələşdirilməsi imkanlarından məhrum edilməsini nəzərdə tutan qərar qəbul edib.

Putin bu addımı Avropa İttifaqının qeyri-dost addımlarına qarşı cavab tədbirləri daxilində atdığını bildirib.

Bununla da Rusiya Avropa İttifaqı, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteyn kimi ölkələr ilə razılaşmaların viza verilməsinin sadələşdirilməsini nəzərdə tutmuş bəndlərinin icrasını dayandırıb.

Hürr Tərcüman