Putin: “Əfqanıstanla Tacikistan sərhədindəki vəziyyət təlaş doğurur”
2021-12-27 17:35:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Əfqanıstan ilə Tacikistanın sərhədindəki vəziyyətin təlaş doğurduğunu bildirib.
Putin bu sözləri Tacikistan Prezidenti Emomali Raxman ilə görüşdə söyləyib. O, Tacikistanın Rusiyanın sadiq və etibarlı müttəfiqlərindən olduğunu, Rusiyanın da Tacikistanın müdafiə qabiliyyətinin güclənməsinə kömək elədiyini qeyd edib.
Hürr Tərcüman