Putin Əliyev, Ərdoğan və Cinpinlə görüşəcək
2024-07-02 16:59:02
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Astana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti R.T.Ərdoğan və Çin dövlətinin başçısı Si Cinpinlə görüşməyi planlaşdırır.
Bu barədə Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Bəlli olduğu kimi, 3-4 iyul tarixlərində Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
Hürr Tərcüman