Putin Emomali Rahmona orden verib
2022-10-04 19:49:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emomali Rahmonu Rusiyanın III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
Rusiya Prezidentinin bu fərmanı rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Sənəddə deyilir ki, Tacikistan Prezidenti “RF ilə Tacikistan Respublikası arasında müttəfiqliyin və strateji əməkdaşlığın möhkəmləndirilməsinə böyük töfhəsinə, həmçinin regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə görə” təltif edilib.
Emomali Rahmonun sabah 70 yaşı tamam olacaq.
Hürr Tərcüman