📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin ən çox Ərdoğana zəng edir - FRANSA MEDİASI

2022-03-07 12:05:00

Putin ən çox Ərdoğana zəng edir - FRANSA MEDİASI

Rusiya Prezidenti Vladimir Putin daha çox Prezident Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi yaradır.

Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Frans 24" televiziya kanalının müxbiri Kasper Mortimer Ərdoğan-Putin dialoqunu şərh edərkən söyləyib.

Kanalın müxbiri Ərdoğan və Putinin anlaşa bildiyinin bir həqiqət olduğunu, Putinin Ərdoğana dünyanın digər liderlərindən daha çox zəng etdiyini vurğulayıb.

Fransız müxbir Türkiyənin balanslı siyasətinə işarə edərək Ərdoğanın Putinə “Ukraynada etdiklərinə görə sizə qarşı çıxsam belə, dost qalmaq istəyirəm” mesajını verdiyini qeyd edib.