📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin: “Ərdoğan güclü lider və etibarlı tərəfdaşdır”

2022-10-27 21:38:00

Putin: “Ərdoğan güclü lider və etibarlı tərəfdaşdır”

Hurriyyet.az xəbər verir ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanı güclü lider və etibarlı tərəfdaş adlandırıb.

Putin deyib: "O, güclü, möhkəm rəhbərdir, ilk növbədə, bəlkə də müstəsna olaraq Türkiyənin, türk xalqının maraqlarını, Türkiyənin iqtisadiyyatını rəhbər tutur.  Onun enerji məsələlərindəki, Türk axının tikintisi məsələlərindəki mövqeyi daha çox buna əsaslanır”.

O, Rusiya ilə Türkiyənin turizm, kənd təsərrüfatı, tikinti sahələrində qarşılı maraqlarının üst-üstə düşdüyünü söyləyib.

Putinin sözlərinə görə, Ərdoğan çətin olsa da, etibarlı tərəfdaşdır, ilk növbədə öz ölkəsinin maraqlarını rəhbər tutur. Türkiyədə qaz qovşağının yaradılmasına razılığı da öz ölkəsinin maraqlarını da nəzərə alaraq verib.

Rusiya lideri Türkiyə ilə əldə edilmiş razılıqların reallaşacağına inandığını bildirib.

Hürr Tərcüman