📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin: “Ərdoğana minnətdar olmalıdırlar”

2022-10-13 21:02:00

Putin: “Ərdoğana minnətdar olmalıdırlar”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılı alan ölkələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla minnətdar olmalı olduqlarını söyləyib.

Putin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Ərdoğanla görüşü zamanı bu fikri səsləndirib.

Putin Ərdoğana deyib: “Cənab Prezident, sizin səyləriniz sayəsində biz Ukrayna taxılının xarici bazara çıxarılması ilə bağlı sövdələşməni həyata keçiririk. Məncə, bu ərzağı alan ölkələr sizə minnətdar olmalıdırlar”.

Hürr Tərcüman