📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Ərdoğanın təklifini qəbul edib

2022-01-27 14:27:00

Putin Ərdoğanın təklifini qəbul edib

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul edib. Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, epidemioloji vəziyyət ilə iş qrafinin imkan verəcəyi zamanda Putin Türkiyəyə səfər etməyə hazırlaşır.

Qeyd edək ki, bundan əvvəl Prezident Ərdoğan rusiyalı həmkarını Türkiyəyə səfərə dəvət elədiyini bildirmişdi.

Peskov deyib: “Bəli, Prezident Putin ilə Ərdoğanın son telefon danışıqları zamanı bu mövzu dəfələrlə qaldırılıb”.

O, dövlətlərarası komissiyanın iclaslarının keçirilməsində müəyyən fasilələr yarandığını söyləyib. Ərdoğan bu tədbirlərin Türkiyədə keçirilməsinə hazır olduğunu söyləyib. Peskov Putinin bu təklifi məmnuniyyətlə qəbul elədiyini bildirib.

Hürr Tərcüman