Putin: “Ərdoğanla görüşə həmişə hazıram... Mövqelərimiz çox yaxındır”
2023-12-14 14:54:19
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin gələn il Türkiyəyə səfər etməyi və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırdığını bəyan edib. Dövlət başçıları İsrail-Fələstin münaqişəsini müzakirə eləməlidirlər.
Putin canlı efirdə müsahibəsi zamanı deyib: “Biz bu məsələylə (Fələstindəki müharibə - red.) bağlı Prezident Ərdoğanla daima əlaqə saxlayırıq. Mövqelərimiz çox yaxındır. Məncə, biz onunla görüşə biləcəyik. Mən həqiqətən də Türkiyəyə səfər etməyi planlaşdırıram. Bu yaxınlarda da planlaşdırmışdım. Lakin onda Prezident Ərdoğanın qrafikinə görə bu görüş baş tutmadı. Türkiyəyə səfər etməyə hazıram. Hələ vaxtını müəyyənləşdiririk. Bəlkə də gələn ilin əvvəllində mümkün olacaq”.
Hürr Tərcüman